"İlk sınaqdan alnıaçıq çıxdıq" - Ərdoğan (FOTO)

12:37 - 16 May 2023

\"İlk sınaqdan alnıaçıq çıxdıq\" - Ərdoğan (FOTO)

"Biz "Cümhur İttifaqı" olaraq ölkəmizin ən kritik seçkilərinin ilk sınağından alnıaçıq çıxdıq".

 

Manset.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tvitterdə yazıb:

"Təhriklərə, təzyiqlərə əhəmiyyət vermədən, çətinliklər qarşısında geri çəkilmədən canla-başla mübarizə apardıq. Hər birinizə zəhmətiniz, səyləriniz və fədakarlığınız üçün təşəkkür edirəm".

R.T.Ərdoğan qeyd edib ki, mayın 14-də əldə olunan uğuru daha böyük qələbə ilə taclandırmaq lazımdır. O bildirib ki, "Cümhur İttifaqı" siyasətin mərkəzinə milli iradəni, ölkəyə və millətə xidmət və sevgisini qoymuş birlikdir.

"İndiyə qədər bizə sahib çıxmış, lazım gələndə tanklara meydan oxumuş millətimizə minnətdarlıq borcumuzu ancaq daha çox işləyərək, daha çox danışaraq ödəyə bilərik. Türkiyə bizdən xidmət və hərəkət gözləyir. Zəlzələdən əziyyət çəkmiş qardaşlarımız bizdən ən qısa müddətdə yaralarının sağalmasını gözləyir. İnşallah, qarşıdakı günləri ən gözəl və ən səmərəli formada dəyərləndirəcəyik. Mayın 28-ni Türkiyə əsrinin müjdəçisi edəcəyik. Sizə güvənirəm”, - deyə Türkiyə lideri qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az