Meksikanın paytaxtı Mexikoda qeyri-adi hadisə baş verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Meksikada metro stansiyalarından birində relslərə toyuq düşüb. Toyuğun relslərdə qaçması səbəbindən metronun hərəkəti dayandırılıb.
Metro işçiləri toyuğu relslərdə tutmaq üçün elektrik enerjisini kəsiblər. İşçilər toyuqun arxasınca qaçaraq onu tutublar.
Toyuğun relslərə necə düşdüyü məlum olmasa da, səlahiyyətlilər bunun sərnişinə aid ola biləcəyini bildiriblər.
Toyuq xilas edildikdən sonra metroda hərəkət bərpa olunub.
Manşet.az