İlk “HIMARS” sistemləri Polşaya təhvil verildi

13:23 - 16 May 2023

İlk “HIMARS” sistemləri Polşaya təhvil verildi

Polşa sifariş etdiyi ABŞ istehsalı olan HIMARS reaktiv yaylım atəşi sistemlərinin ilk hissəsini təhvil alıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Polşa ABŞ-ın texnologiya və aerokosmik şirkəti “Lockheed Martin”dən 2019-cu ildə sifariş edilmiş 20 ədəd yüksək hərəkət qabiliyyətinə malik M142 HIMARS reaktiv yaylım atəşi sistemlərinin ilk tədarükünü aldığını açıqlayıb. Paytaxt Varşavadakı aviabazada keçirilən mərasimdə çıxış edən Polşanın müdafiə naziri Mariuş Blaşçak HIMARS-ın Varmiya-Mazuriya bölgəsində 16-cı Mexanikləşdirilmiş Diviziyanın xidmətinə veriləcəyini bildirib.

ABŞ Konqresinin fevral ayında Polşaya daha 500 HIMARS satışını təsdiqlədiyini xatırladan Blaşçak, sözügedən HIMARS-ların Polşaya mümkün qədər tez gətiriləcəyini və yüksək hərəkət qabiliyyətinə malik JELCZ yük maşınlarına quraşdırılacağını bildirib.

"Bu yeni müqavilə çərçivəsində biz Polşada HIMARS-ın həm raketlərinin, həm də buraxılış meydançalarının birgə istehsalını istəyirik. Bu, bizim qarşımıza qoyduğumuz hədəfdir".

Blaşçak satınalma müqaviləsinin texniki detalları ilə bağlı danışıqların davam etdiyini bildirib.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az