Kipr Rum Administrasiyasının (KKİ) zəngin ruslara yüksək məbləğlər müqabilində verdiyi “Qızıl pasportlar” Avropa İttifaq yunanlara etdiyi təzyiqlər nəticəsində ləğv edilir.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ukrayna-Rusiya müharibəsi səbəbiylə Aİ-nin sanksiya siyahısına daxil edilən Rusiya vətəndaşlarına Kipr Rum Administrasiyası tərəfindən verilən 40-a yaxın “Qızıl pasport” ləğv edilib.
Aİ Komissiyası Cənubi Kiprin 2020-ci ildən bəri Rusiya vətəndaşlarına pasport verməsi, onlara ticarət qalxanı və Avropada sərbəst hərəkət etməsi ilə bağlı tez-tez etiraz edib və Lefkoşa bu barədə xəbərdarlıq edilib.
Ukrayna-Rusiya müharibəsindən dərhal sonra Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar çərçivəsində Kipr Rum administrasiyasındakı banklar tərəfindən 10 minə yaxın Rusiya vətəndaşının hesabları dondurulub və Rum rəhbərliyi “Qızıl pasport” məsələsində Aİ-nin təzyiqləri ilə üzləşib.
Manşet.az