Türkiyə Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu şəhid olub.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, onlar Şırnakın Bestler Dərələr bölgəsində terrorçularla toqquşma nəticəsində həlak olublar.
Qeyd olunur ki, 1 mühafizəçi və 1 jandarma əməkdaşı da ağır yaralanıb.
Əməliyyatda 3 terrorçu zərərsizləşdirilib.