Sudandakı qarşıdurmalarda həlak olanların sayı açıqlandı

15:02 - 16 May 2023

Sudandakı qarşıdurmalarda həlak olanların sayı açıqlandı

Sudanda aprelin ortalarından bu yana ordu ilə Çevik Dəstək Qüvvələri (HDK) arasında baş verən qarşıdurmalarda 822 mülki vətəndaşın həyatını itirdiyi bildirilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə Sudan Həkimlər Birliyi açıqlama verib.

"Davam edən qarşıdurmalar paytaxt Xartum və bəzi əyalətlərdə daha çox insan itkisinə səbəb olub" – bəyan edilib.

Açıqlamada, qarşıdurma başlayandan bəri paytaxt Xartum, Əl-Ubeyd və Qərbi Darfur əyalətinin Əl-Cüneynə şəhərində ölənlər də daxil olmaqla, 822 mülki şəxsin həyatını itirdiyi, 3215 nəfərin isə yaralandığı bildirilib.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az