76 yaşlı britaniyalı David Hunter xərçəng xəstəliyinə tutulmuş arvadını çox ağrıdığı üçün öldürüb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, David Hunter Kiprdə xərçəng xəstəsi olan arvadını öldürdüyü üçün mühakimə olunub. O, məhkəmədəki ifadəsində həyat yoldaşının xərçəng xəstəliyindən şiddətli ağrılar keçirdiyini və onu öldürməsi üçün ona yalvardığını, ona görə də onu əlləri ilə boğduğunu bildirib.
David məhkəmədə həyat yoldaşının xəstəliyi səbəbiylə yaşadığı ağrıları izah edərkən göz yaşlarını saxlaya bilməyib.
Arvadını öldürdüyü 2021-ci ilin oktyabr ayından Kiprdə həbsxanada saxlanılan David həyat yoldaşı ilə 57 ildir evli olduğunu və əla münasibətləri olduğunu, həyat yoldaşının iztirablarına son qoymaq üçün arzusunu yerinə yetirdiyini bildirib.
O, həyat yoldaşının ona 6 aydır ki, ölməsi üçün yalvardığını, vəziyyətinin o qədər çıxılmaz olduğunu və həyat yoldaşını öldürməkdən başqa çarəsinin qalmadığını bildirib. Davidin məhkəməsi davam edir.
Manşet.az