Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıqlamalar verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Konaşenkov Ukraynanın paytaxtı Kiyevdə ABŞ istehsalı olan “Patriot” hava hücumundan müdafiə sistemini hipersəs “Kinjal” raketi ilə vurduqlarını bildirib.
Ukrayna ordusunun hərbi mərkəzlərinə, Qərb ölkələrinin Ukraynaya göndərdiyi sursat, silah və hərbi maşın anbarlarına uzun mənzilli yüksək dəqiqlikli silahlarla hava və dəniz hücumu həyata keçirdikləri barədə məlumatı paylaşan Konaşenkov hücumların hədəfinə çatdığını və müəyyən edilmiş bütün obyektlərin vurulduğunu bildirib.
Manşet.az