Almaniyada parlamentin bağçasında inək otarılır

16:40 - 16 May 2023

Almaniyada parlamentin bağçasında inək otarılır

Almaniyanın paytaxtı Berlində ekoloqlar inəklərin tövlələrdə saxlanmasına etiraz etmək üçün inəklərini Bundestaqın binası qarşısında otarmağa gətiriblər.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Berlində “Greenpeace” ətraf mühit təşkilatı və Kənd Təsərrüfatı üzrə İşçi Qrup (AbL) inəklərin tövlələrdə saxlanmasına etiraz etmək üçün inək sürüsünü Bundestaq binasının qarşısındakı qazona gətiriblər.

Nümayişçilər “İnəklər otlaqda” yazılmış plakat açaraq parlamentin qarşısındakı barrikadalarla əhatə olunmuş ot örtüyünə inək sürüsünü otlamaq üçün buraxıblar.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az