Sudanda ordu ilə Çevik Dəstək Qüvvələri arasında paytaxt və ətraf şəhərlərdə şiddətli toqquşmalar davam edir.
Manset.az Trt Haber-ə istinadən xəbər verir ki, Sudanda iki hərbi qüvvə arasında toqquşmalar 32-ci gündü davam edir.
Ordu səhər saatlarında Çevik Dəstək Qüvvələrinin (HDK) paytaxt Xartum və qonşuları Bəhri və Umdurmandakı məntəqələrini reaktivlərlə vurub.
Havadan bombardmanlardan sonra sözügedən şəhərlərdə şiddətli toqquşmalar baş verib.
Xartumun cənub və şərqindəki bəzi məhəllələrdə atəş səsləri eşidilib.
Jalə
Manşet.az