ABŞ-ın keçmiş prezidenti Barak Obama Ağ Evdəki səlahiyyət müddətinin başa çatmasının onun evliliyi üçün yaxşı olduğunu deyib.
Bu barədə Manset.az Trt Haber-ə istinadən xəbər verir.
Aparıcı CBS Mornings telekanalına müsahibəsində Obamadan həyat yoldaşı Mişel Obamanın Obamanın prezidentliyi ilə üst-üstə düşən 10 il ərzində uşaqlarının kiçik olması və "buna dözə bilmədiyi" barədə soruşub. Həmçinin aparıcı "Yenidən (yoldaşınızın) gözünə necə girirsiniz?" sualını verib.
"İcazə verin deyim ki, Ağ Evdən uzaq olmaq və onunla bir az daha çox vaxt keçirmək mütləq kömək edir", - Obama gülərək cavab verib.
Həyat yoldaşının uşaqlarını böyüdərkən üzləşdiyi gərginlik və stressi etiraf edən Obama, həyat yoldaşının qədrini bilməyəcəyini etiraf edərək, övladlarının "qeyri-normal" mühitdə böyüməsinə diqqət çəkib.
"Uşaqlar indi yaxşıdır. (Mənim həyat yoldaşım da) mənim bütün səhvlərimə qarşı daha dözümlüdür", - Obama deyib.
Jalə
Manşet.az