"CIA" Rusiyada yeni casusları işə götürmək üçün video yayımladı - VİDEO

09:44 - 17 May 2023

\"CIA\" Rusiyada yeni casusları işə götürmək üçün video yayımladı - VİDEO

ABŞ Rusiya vətəndaşlarına müraciət edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) sosial media hesablarında yayımlanan video ilə Rusiyadakı insanları gündəlik həyatları ilə bağlı məlumatları paylaşacaqları təqdirdə Rusiyada işə götürəcəklərini açıqlayıb. Mərkəzi Kəşfiyyat İdarəsi rəsmiləri tərəfindən rusların ABŞ-a lazım olan məlumatı verəcəyi və amerikalıların ruslara əhəmiyyət verdiyi bildirilib, yayımlanan videoda “şər məqsəd” olmadığı və Rusiya prezidenti Putini hədəf almadığı qeyd edilib.

Videoda müharibədən sonra Rusiyanın dissident səslərinə Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşlarının təzyiqi, müstəqil jurnalistika və cəbhəyə göndərilən yüz minlərlə rus kişisinin müharibədən qaçması barədə məlumatlardan bəhs edilib. Bildirilib ki, Rusiyadan əldə etdiyi məlumat müqabilində məlumat verənlər qorunacaq, şəxsiyyətləri məxfi saxlanılacaq və təhlükəsizlikləri təmin ediləcək.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az