ABŞ xüsusi prokurorundan Trampla bağlı yeni hesabat

11:24 - 17 May 2023

ABŞ xüsusi prokurorundan Trampla bağlı yeni hesabat

ABŞ-ın keçmiş prezidenti Donald Trampın 2016-cı il seçkiləri üçün Rusiya ilə işbirliyi iddiası ilə bağlı istintaqı araşdıran daha bir araşdırma tamamlanıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, istintaqı aparan xüsusi prokuror 300 səhifədən çox hesabat dərc edib. Onun sözlərinə görə, FTB ilk növbədə Trampla bağlı araşdırma açmamalı idi.

ABŞ-da 2016-cı il seçkilərinin qalibi Donald Tramp Rusiya ilə əməkdaşlıqda ittiham edilmiş və ona qarşı istintaq başlamışdı. Trampın bəraət alması ilə bağlı başqa bir araşdırmada təqsir Federal Təhqiqatlar Bürosunun (FTB) olduğunu göstərilib.

Trampın təyin etdiyi xüsusi prokuror Con Durham 3 ildən artıqdır davam edən istintaqını başa çatdırıb. O, 300 səhifədən çox məruzə hazırlayıb. Durham hesabatında "Tramp əleyhinə istintaq heç vaxt açılmamalı idi" – deyib.

O, FTB-nin istintaqdan əvvəl lazımi addımları atması halında Trampın günahsız olduğunu görə biləcəyini və istintaq üçün kifayət qədər dəlilin olmadığını bildirib. Hesabatda FTB-nin kifayət qədər dəlil olmamasına baxmayaraq Trampı araşdırarkən, o zamankı Demokrat namizəd Hillari Klintona qarşı kifayət qədər dəlil olmasına baxmayaraq, daha təmkinli davrandığına da diqqət çəkilib.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az