Baydenin xaricə səfərləri bu səbəbdən ləğv edilə bilər

11:45 - 17 May 2023

Baydenin xaricə səfərləri bu səbəbdən ləğv edilə bilər

Ağ Ev Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi ABŞ prezidenti Co Baydenin Papua Yeni Qvineya və Avstraliyaya planlaşdırılan səfəri ilə bağlı açıqlama verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Baydenin sabah Yaponiyanın Xirosima şəhərində keçiriləcək G7 Liderlər Zirvəsi üçün yola düşəcəyini qeyd edən Kirbi, Yaponiyadan sonra Papua Yeni Qvineya və Avstraliyaya səfərlərinin Konqresdə Respublikaçılarla “borc limiti” ilə bağlı razılığa gələ bilməməsi səbəbindən “yenidən qiymətləndirildiyini” bildirib.

Baydenin borc limiti məsələsinə verdiyi əhəmiyyəti vurğulayan Kirbi, ölkənin defoltunun ABŞ-ın beynəlxalq nüfuzuna da təsir edə biləcəyinə diqqət çəkib.

Kirbi, Rusiya və Çin kimi ölkələrin ABŞ-ın defolt etməsindən xoşbəxt olacağını və belə ölkələrin "ABŞ-ın sabit və etibarlı tərəfdaş olmadığını" iddia edə biləcəyini söyləyib.

O, məsələnin bura gəlməsinin əsas səbəbinin Konqres olduğunu müdafiə edib.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az