Serbiyada böyük çaxnaşma - Məktəblər boşaldıldı

12:47 - 17 May 2023

Serbiyada böyük çaxnaşma - Məktəblər boşaldıldı

Serbiyada bəzi məktəblər "bomba təhlükəsi" səbəbilə boşaldılıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Serbiyanın paytaxtı Belqradda bəzi məktəblər bomba xəbəri yayıldıqdan sonra boşaldılıb.

Serbiya Daxili İşlər Nazirliyindən bildirilib ki, Belqradın 115 məktəbinin elektron ünvanlarına məktəblərə partlayıcıların yerləşdirildiyi barədə bildirişlər göndərilib. Xəbərdarlığa əsasən hərəkət edən Serbiya polisi müvafiq məktəblərdən şagirdləri, müəllimləri və əməkdaşlarını təxliyə edib.

Bəzi məktəblərdə aparılan axtarışlar zamanı bomba izlərinə rast gəlinməyib və təhsil qaldığı yerdən davam etdirilib. Təxliyə edilən digər məktəblərdə də axtarışlar başa çatana qədər tədris işləri dayandırılıb.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az