Fransa məhkəməsi keçmiş prezident Sarkozi üçün qərar verdi

12:59 - 17 May 2023

Fransa məhkəməsi keçmiş prezident Sarkozi üçün qərar verdi

Paris Apellyasiya Məhkəməsi Fransanın keçmiş prezidenti Nikolya Sarkozinin korrupsiya işlərinə görə iki illik şərti cəzasını qüvvədə saxlayıb və onun elektron qandal taxmasına qərar verilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Nikolya Sarkozinin vəkili açıqlamasında bildirib ki, keçmiş prezident mühakimə olunduğu korrupsiya və təsir ittihamları ilə bağlı günahsızdır və onun apellyasiya şikayətinin baş tutmamasına etiraz edəcək.

"Nikolya Sarkozi günahsızdır. Biz bunu sona qədər aparacağıq. Biz hələ prosesin başlanğıcındayıq".

Xatırladaq ki, Sarkozi telefon dinləmələri ilə bağlı 1 ili həbsdə qalmaqla, 3 il həbs cəzasına məhkum edilmişdi.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az