AKP-dən Oğan açıqlaması: Ərdoğana səs verəcək!

15:00 - 17 May 2023

AKP-dən Oğan açıqlaması: Ərdoğana səs verəcək!

Bir daha Sinan Oğanı təbrik edirik. Topladığı səs çox əhəmiyyətlidir. Səsvermədə Sinan Oğanın tərəfdarlarının əsas hissəsini Türkiyənin parçalanmasının əleyhinə olanlar təşkil edib.

 

Manset.az axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini Numan Qurtulmuş deyib.

“CHP-nin israrla muxtariyyətlə bağlı açıqlaması, terrorçu liderlərin həbsxanadan buraxacaqları ilə bağlı vədləri, Apo (Abdullah Öcalan – red) lehinə şüarların səsləndirilməsi bu kütlənin xoşuna gəlməyən addımlardır. Ona görə də düşünürük ki, ikinci turda Oğanın seçiciləri Prezident Rəcəb Tayyib Ərdoğana dəstək olacaq”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az