“Bolluq gətirəcək və ya bəşəriyyəti məhv edəcək” - İlon Mask

19:32 - 17 May 2023

“Bolluq gətirəcək və ya bəşəriyyəti məhv edəcək” - İlon Mask

"Süni intellekt bəşəriyyətə ya bolluq erası gətirəcək, ya da bəşəriyyəti məhv edəcək".
 

Manset.az Cnnturk-ə istinadən xəbər verir ki, bunu milyarder İlon Maskın Amerika mətbuatına verdiyi açıqlama zamanı deyib.

“Süni intellektin yaradılması qeyri-müəyyənlik kimi qəbul edilir, çünki bundan sonra nə olacağını təxmin etmək çox çətindir. Mən bunu iki tərəfli qılınc kimi görürəm. Çox güman ki, bu, həyat keyfiyyətini yaxşılaşdıracaq və biz bolluq dövrünə qədəm qoyacağıq. Amma hər şeyin yolunda getməməsi və insanlığı məhv etmə ehtimalı da var. Bu ehtimal az olsa da, sıfır deyil” - deyə əlavə edib.

Mask ABŞ Federal Ehtiyat Sisteminin faiz siyasətini də tənqid edib:

“Fed-lə narahatlığım ondan ibarətdir ki, onlar qərar qəbul etmə prosesində çox yavaş hərəkət edirlər. Məlumat gecikir. Onlar faiz dərəcələrini artırmaqda gecikmişdilər, indi onu endirməkdə yavaş hərəkət edəcəklər”.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az