Bu partiya seçkilərdə Ərdoğana dəstək verdi

21:54 - 17 May 2023

Bu partiya seçkilərdə Ərdoğana dəstək verdi

Vətən Partiyasının sədri Doğu Perinçek mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turunda Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcək.

 

Manset.az xəbər verir ki, bu barədə o, mətbuat konfransı zamanı məlumat verib.

Perinçek Türkiyənin Qərb imperialistlərinin iqtisadiyyat, təhlükəsizlik və mədəniyyət sahələrində tətbiq etdiyi zorakılıqlara qarşı müqavimət göstərdiyini bildirib.

O, Kılıçdaroğlunu ABŞ və İsrailin Türkiyəni hədəf alan layihəsində alət olmaqda ittiham edib.

Qeyd edək ki, Türkiyədə prezident seçkilərinin ikinci turu mayın 28-də keçiriləcək. Bu raundda ilk turda ən çox səs toplayan iki namizəd Ərdoğan və Kılıçdaroğlu yarışacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az