Keçmiş baş nazirin evi mühasirədə

23:20 - 17 May 2023

Keçmiş baş nazirin evi mühasirədə

Pakistan polislər keçmiş baş nazir İmran Xanın evini mühasirəyə alıblar.

 

Manset.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Dawn" portalı məlumat yayıb.

Polislərin sözlərinə görə, İ.Xan öz evində korrupsiya ittihamı ilə həbsinə qarşı ötən həftə etiraz aksiyaları keçirən insanlara sığınacaq verib.

Qeyd edək ki, mayın 11-də Pakistanın Ali Məhkəməsi İmran Xanın həbsini qanunsuz hesab edib və onun həbsdən azad edilməsinə göstəriş verib. Mayın 12-də İmran Xan məhkəmə binasını tərk edərək evinə gedib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az