İtaliyada Formula 1 üzrə dünya çempionatında həftəsonu keçirilməsi planlaşdırılan Emilia Romaqna Qran Prisi baş verən daşqın səbəbindən ləğv edilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə F1-dən açıqlama verilib. Daşqın səbəbiylə yerli hakimiyyət orqanları ilə təşkilatçılar arasında görüş keçirildiyi bildirilib.
İclasda alınan qərarla mayın 19-21-də Beynəlxalq Enzo və Dino Ferrari treklərində keçirilməsi planlaşdırılan çempionatda mövsümün 6-cı mərhələsinin ləğv edildiyi açıqlanıb.
Mövzu ilə bağlı açıqlama verən Formula 1-in prezidenti və baş icraçı direktoru (CEO) Stefano Domenikali, "İmola və Emilia Romaqna bölgələrində davam edən sel fəlakəti böyük faciədir. Tamaşaçıların, komanda və pilotların təhlükəsizliyi bizim ən vacib işimizdir" – deyib.
Çempionatda 5 mərhələnin yekununda Red Bull pilotlarından olan hollandiyalı Maks Verstappen 119 xalla ilk iki yerdə, meksikalı Serxio Peres isə 105 xalla qərarlaşıb.
Manşet.az