Rusiya ordusunun bu gün səhər saatlarında Ukraynanın paytaxtı Kiyevə hava hücumu təşkil etdiyi açıqlanıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bunu Kiyev Şəhər Hərbi İdarəsi açıqlayıb.
"Bu, mayın əvvəlindən paytaxta ardıcıl doqquzuncu hava hücumu idi. Bu dəfə hücum Xəzər regionundan Tu-95MS, Tu-160 strateji bombardmançıları, ola bilsin ki, X-101/555 tipli qanadlı raketlərlə həyata keçirilib”.
Açıqlamada, Rusiya qüvvələrinin hücum zamanı pilotsuz uçuş aparatlarından (PUA) da istifadə etdiyi və ilkin məlumata görə, bütün hədəflərin Ukrayna Hərbi Hava Qüvvələri tərəfindən məhv edildiyi bildirilib.
Ukraynanın müxtəlif bölgələrində hava hücumu xəbərdarlığı səslənməkdə davam edir.
Manşet.az