Şahzadə Harri və həyat yoldaşı Meqan Markl ABŞ-da keçirilən mərasimdən sonra paparassilər onların avtomobili dalınca düşüb. Cütlüyün təqib zamanı bir çox qəza təhlükəsi yaşadığı bildirilir.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə,İngiltərədəki Sasseks hersoqu Şahzadə Harri və həyat yoldaşı Meqanın meneceri verdiyi açıqlamada, təqibin ikisinin Nyu Yorkda qatıldıqları "Women of Vision" mükafatlandırma mərasimini tərk etdikdən sonra baş verdiyini açıqlayıb: “Dünən gecə Sasseks hersoqu və hersoginyası və xanım Raqland paparazzilərin vəhşi dəstəsi tərəfindən demək olar ki, fəlakətli avtomobil təqibinə məruz qaldılar”.
İki saatdan çox davam edən təqibə başqa sürücülər, piyadalar və iki Nyu-York Polis Departamenti (NYPD) əməkdaşının da qarışdığını qeyd edən menecer, təhlükəli anların yaşandığını bildirib.
Qeyd edək ki, Şahzadə Harrinin anası Şahzadə Diana da 1997-ci ildə Fransanın paytaxtı Parisdə paparassilər tərəfindən təqib edilərkən avtomobil qəzasında həlak olub.
Manşet.az