Kiyevə F-16-lar vermək planlaşdırılır

11:54 - 18 May 2023

Kiyevə F-16-lar vermək planlaşdırılır

Bir ildən çoxdur Rusiyanın işğalı altında olan Ukraynaya Qərbin dəstəyi artmaqda davam edir. ABŞ və Avropa ölkələrinin uzun müzakirələrdən sonra yanvarda Kiyev administrasiyasına tanklar göndərmək qərarından sonra bu dəfə Böyük Britaniya və Hollandiya Ukraynaya F-16-ların tədarükü üçün vəsait toplamaq üçün beynəlxalq koalisiya yaratmağa razılaşdıqlarını açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, qərardan sonra Londondan edilən açıqlamada, İngiltərənin Baş naziri Rişi Sunak və Hollandiyanın Baş naziri Mark Ruttenin İslandiyanım paytaxtı Reykyavikdə Avropa Şurasının IV Zirvə Toplantısında məsələnin təfərrüatlarını müzakirə etdikləri bildirilib.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az