Zelenski Krımla bağlı paylaşım etdi

13:18 - 18 May 2023

Zelenski Krımla bağlı paylaşım etdi

Ukrayna prezidenti Volodimir Zelenski Krım tatar türklərinin 1944-cü il mayın 18-də sürgün edilməsinin 79-cu ildönümü münasibətilə mesaj paylaşıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Zelenski Krım tatar türklərinin Sovet İttifaqı lideri İosif Stalininin qərarı ilə bir gecədə vətənlərindən qoparılaraq qeyri-insani şəraitdə qatar ilə Orta Asiyaya deportasiya edilməsinin 79-cu ildönümü ilə bağlı mesajında ​​ənənəvi geyimində çəkilmiş fotoşəkili də yerləşdirib.

Zelenski mesajında bunları qeyd edib:

“79 il əvvəl bu gün Sovet hakimiyyəti Krım tatarlarını deportasiya etməyə başladı. Silinmək istənən, evlərindən və yaşamaq hüququndan məhrum edilən insanlar. Lakin insanlar sağ qaldılar. Və onlar azad yaşayacaqlar. Bu gün mən Ukrayna və Krım tatar xalqlarının birliyini simvolizə edən xüsusi naxışlı köynək geyinirəm. Gücümüzün və evimizdə yaşamaq istəyimizin simvolları”.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az