İtaliyanın Çesena şəhərində güclü yağışlar nəticəsində çay daşıb və bütün şəhəri su basıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, demək olar ki, bütün şəhər sular altında qalıb. Yeraltı keçidlər bağlanıb, şəhərətrafı xidmətlər dayandırılıb. Bir çox əyalətlər üçün narıncı xəbərdarlıq elan edilib.
Çesena Bələdiyyəsi əhaliyə su basmış ərazilərdən uzaq durmaq barədə xəbərdarlıq edib.
Manşet.az