İrəvan mayın 25-də Azərbaycan, Rusiya və Ermənistanın yüksək səviyyədə üçtərəfli görüşünün keçirilməsi ilə bağlı Moskvanın təklifini qəbul edib.
Manset.az Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.
Paşinyan vurğulayıb ki, təklif Rusiya tərəfdən daxil olub və Ermənistan bunu qəbul edib. Görüş mayın 25-nə təyin edilib.
Məlum olduğu kimi, mayın 19-da Moskvada xarici işlər nazirləri səviyyəsində üçtərəfli danışıqların keçirilməsi planlaşdırılır.