Rusiyanın paytaxtı Moskvanın bir neçə rayonunda quş qripi ilə əlaqədar karantin elan edilib.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə Moskva şəhər meri Sergey Sobyanin sərəncam imzalayıb.
Məlumata görə, şəhərin Bratyevo, Kapotnya, Marino, Lyublino, Peçatniki, Moskvoreçye-Saburovo, Tsaritsıno, Şərqi Biryulyovo, Şimali və Cənubi Orexovo-Borisovo və Zyablikovo rayonlarında karantin elan edilib.
Paytaxtın bu ərazilərində karantin müddətində quşların və inkubasiya yumurtalarının idxalı və ixracı, quş yeminin tədarükü və ixracı, kənd təsərrüfatı yarmarkalarının keçirilməsi qadağan ediləcək.
