Türkiyədə Hakkari Müəllimlər Mərkəzinin müdir müavini Miran Altürkün evində cansız bədəni tapılıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Hakkaridə tək yaşayan Müəllimlər Mərkəzinin müdir müavini Miran Altürkdən ailəsi və dostları xəbər ala bilmədiyi üçün polisə xəbər verib. Evə gedən polis qrupu Altürkü hərəkətsiz vəziyyətdə taparaq dərhal sağlamlıq qrupunu çağırıb.
Hadisə yerinə sövq edilən Təcili Tibbi Yardım qrupu apardıqları müayinə nəticəsində gənc qadının öldüyünü müəyyən edib. Altürkün ölümü ilə bağlı geniş miqyaslı istintaq başladılıb.
Manşet.az