Kraliçanın dəfn mərasiminə nə qədər pul xərclənib?

20:28 - 18 May 2023

Kraliçanın dəfn mərasiminə nə qədər pul xərclənib?

Britaniya kraliçası II Elizabetin dəfn mərasiminə 161.7 milyon funt-sterlinq xərclənib.

 

Manset.az xəbər verir ki, bu barədə Britaniyanın Maliyyə Nazirliyinin birinci müavini Con Qlen məlumat verib.

O qeyd edib ki, vəsait 11 günlük milli matəmə və kraliçanın dəfninə xərclənib. Nazoir müavini Elizabetin vəfatının və ümummilli matəm dövrünün “böyük ümummilli əhəmiyyətə malik” olduğunu bildirib.

Daxili İşlər Nazirliyi mərasim zamanı vətəndaşların təhlükəsizliyini təmin etmək üçün 73,68 milyon funt-sterlinq xərcləyib.

Qeyd edək ki, sentyabrın 8-də 96 yaşında Şotlandiyanın Balmoral qəsrində vəfat edən II Elizabet Britaniya tarixində ən uzun müddət taxtda qalan monarx olub. Kraliçanın ölümündən sonra onun oğlu III Çarlz Birləşmiş Krallığın yeni monarxı elan edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az