Türkiyədə yol qəzasında 18 nəfər yaralandı

22:55 - 07 Sentyabr 2021

Türkiyədə yol qəzasında 18 nəfər yaralandı

Türkiyənin Kayseri-Niğde yolunda mikroavtobusla yük maşınının toqquşması nəticəsində 18 nəfər yaralanıb.

Manşet.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

Məlumata görə, qəza "Həyat" bazarının yaxınlığında baş verib. Qəzada yaralananlar meyvə-tərəvəz satışı ilə məşğul olan satıcılar olub.

Yaralılardan 5-nin vəziyyəti ağırdır.

Polis hadisənin səbəblərini araşdırır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az