Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Zaporojye vilayətində Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin (FTX) agenti olduğu bildirilən şəxsi ələ keçirib.
Manset.az Hurriyet-ə istinadən xəbər verir ki, həmin anlar kameralara düşüb.
Yaxalanan şəxs 2011-ci ildə korrupsiyaya görə işdən çıxarılan keçmiş vergi polisi əməkdaşı olub.
Məlumatda qeyd olunub ki, o, bu il martın əvvəlində bölgədəki Müdafiə Qüvvələrinin mövqeləri ilə bağlı kəşfiyyat məlumatları toplamaq üçün FSB zabiti tərəfindən uzaqdan yerləşdirilib”.
Nəzarətə alınan və kimliyi açıqlanmayan şəxsi ömürlük həbs cəzası gözlədiyi bildirilib.
Jalə
Manşet.az