Avropa İttifaqı Şurasının sədri Çarlz Mişel Yaponiyanın Xirosima şəhərində keçirilən G7 Liderlər Zirvəsi ərəfəsində mətbuata açıqlama verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Mişel sanksiyalardakı hüquqi boşluqları bağlayacaqlarını və Rusiya ilə almaz ticarətini məhdudlaşdıracaqlarını bildirib.
“Biz Ukraynaya güclü hərbi, siyasi, humanitar və maliyyə dəstəyi verməyə davam edəcəyik”. O, Aİ və onun üzvü olan ölkələrin indiyədək Ukraynaya 70 milyard avrodan çox yardım etdiyini vurğulayıb.
Mişel, Aİ-nin Rusiyanın qarşısını almaq üçün sanksiya paketləri ilə əhatəli addımlar atdığına diqqət çəkərək, "Biz indi sanksiyalardakı hüquqi boşluqları aradan qaldırmağa fokuslanmışıq. Rusiya almazlarının ticarətini məhdudlaşdıracağıq" – deyib.
Rusiyanın kritik materiallara çıxışının qarşısını almağa davam etdiklərini izah edən sədr, yeni tədbirlər görəcəklərini və G7 sammitində Rusiyaya qarşı sanksiyaların nə üçün zəruri və əsaslı olduğunu açıqlayacaqlarını vurğulayıb.
Manşet.az