100 ilin ən pis sel fəlakəti: Can itkisi artır

10:57 - 19 May 2023

100 ilin ən pis sel fəlakəti: Can itkisi artır

İtaliyanın Emilia Romagna bölgəsində həftənin əvvəlindən təsirli olan leysan yağışlar daşqınlara səbəb olub.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, son 100 ilin ən böyük sel fəlakətini yaşayan İtaliyada 13 nəfər ölüb. Daşqından zərər çəkən qəsəbələrin sayının 42-yə yüksəldiyi, 10 min insanın evini tərk etmək məcburiyyətində qaldığı, 34 min ev təsərrüfatının isə elektrik enerjisi ilə təmin oluna bilmədiyi bildirilib.

Bəzi məqamlarda ordu hissələrinin də yerli əhaliyə kömək etmək üçün əraziyə getdiyi və yardım işlərində iştirak etdiyi qeyd edilib.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az