Ərdoğandan xaricdə yaşayan Türkiyə vətəndaşlarına müraciət - FOTO

11:21 - 19 May 2023

Ərdoğandan xaricdə yaşayan Türkiyə vətəndaşlarına müraciət - FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xaricdə yaşayan türk vətəndaşlarına müraciət edib.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, Türkiyə dövlət başçısı bu barədə şəxsi tviter hesabında yazıb.

Ərdoğan müraciətində qardaş ölkədə keçirilən prezident seçkilərin birinci turunun uğurla yekunlaşdığını diqqətə çatdırıb və xaricdə yaşayan türk vətəndaşlarını səsvermədə fəal iştirak etməyə çağırıb:

"Bütün çətinliklərə baxmayaraq, vətəndaşlıq vəzifənizi ən gözəl şəkildə icra etdiniz. Mənə və "Cümhur İttifaqına" hörmət göstərdiniz. Terror təşkilatı üzvlərinin təzyiqlərinə və iradənizi qırma cəhdlərinə məğlub olmadınız. Türkiyə demokratiyasının gücünə güc qatdınız. Buna görə sizə zəmimi qəlbdən minnətdaram. İndi qarşımızda prezident seçkilərinin ikinci turu var. Xaricdə və gömrük məntəqələrində səsvermə prosesi sabah başlayır. Hər kəsi səsverməyə çağırıram. Bu sınaqdan da alnıaçıq çıxacağımıza ürəkdən inanıram".

Məlumat üçün bildirək ki, mayın 28-də Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az