ABŞ-dan ilk F-16 qərarı: Sorğu daxil olsa...

11:42 - 19 May 2023

ABŞ-dan ilk F-16 qərarı: Sorğu daxil olsa...

ABŞ Prezidenti Co Bayden administrasiyası son həftələr avropalı müttəfiqlərinə siqnallar göndərir ki, F-16 qırıcılarının Ukraynaya tədarükünə mane olmayacaq.

 

Manset.az axar.az-a istinadən xəbər verir ki, bu barədə CNN mənbəyə istinadla məlumat yayıb.

Kanalın məlumatına görə, Ağ Ev Konqres üzvləri və müttəfiqləri tərəfindən döyüş təyyarələri ilə bağlı təzyiq altındadır:

“Rəsmilər bildiriblər ki, ABŞ öz F-16-larını Kiyevə göndərməsə belə, müttəfiqlər bunu istəsələr, administrasiya Ukraynaya təyyarə tədarükünü təsdiqləməyə hazırdır”.

Qeyd olunub ki, F-16-ların tədarükü ilə bağlı hələlik heç bir Avropa ölkəsindən sorğu göndərilməyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az