“Heydər Əliyev ölkələrimizi birləşdirən şəxsiyyətdir” - Lavrov

12:50 - 19 May 2023

“Heydər Əliyev ölkələrimizi birləşdirən şəxsiyyətdir” - Lavrov

“Bu həftənin əvvəlindən Moskvada həm SSRİ-nin, həm də Azərbaycanın böyük dövlət xadimi olan Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbirlər keçirilir”.

 

Manset.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla danışıqlar zamanı deyib.

O, ümummilli lider Heydər Əliyevi ölkələrimizi birləşdirən şəxsiyyət adlandırıb.

Lavrov həmçinin tədbirlərin təşkilinə görə Azərbaycanın Rusiyadakı səfirliyinə də təşəkkürünü bildirib.

Xatırladaq ki, bu gün Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında ikitərəfli görüş keçirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az