Kreml Moskvada Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli təmasların mümkün ola biləcəyini istisna etməyib.
Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Kremlin rəsmi sözçüsü Dmitri Peskov danışıb.
“Gələn həftə Avrasiyaya inteqrasiya məsələləri ilə məşğul olacağıq. Moskvada Avrasiya İqtisadi Forumu və Ali Avrasiya İqtisadi Şurasının iclası keçiriləcək. Hesab edirik ki, Azərbaycan və Ermənistan liderləri Moskvada olacaq”, - deyə Peskov Moksvada üçtərəfli görüşün keçirilməsi perspektivləri barədə suala cavab verərkən deyib.
Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan dünən hökumətin iclasında bildirib ki, Moskva Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli görüşün keçirilməsini təklif edib. Görüşün mayın 25-i keçirilməsi planlaşdırılır.