Makronu Hitlerə bənzədənlərlə bağlı araşdırma başladıldı - FOTO

15:16 - 19 May 2023

Makronu Hitlerə bənzədənlərlə bağlı araşdırma başladıldı - FOTO

Fransada prezident Emmanuel Makronun nasist lideri Adolf Hitlerlə müqayisə edildiyi plakatlarla bağlı araşdırma açılıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Fransanın cənubundakı Avinyon şəhərində bir çox reklam lövhəsinə Makronu Hitler kimi göstərən plakatlar yapışdırılıb.

Avinyon bələdiyyəsi Makronun sifətində “49.3” sözləri yazılmış və Hitlerinkinə bənzər bığ çəkilən plakatların çıxarılmasını tələb edib.

“49.3” mətni hökumətin pensiya islahatının parlamentdə səsvermədən keçməsi üçün qüvvəyə mindiyi Konstitusiyanın 49-cu maddəsinin 3-cü bəndini xatırladır.

Sözügedən afişalar Lekto ləqəbli qraffiti rəssamının keçən ay Makronun Hitler kimi binanın divarına çəkdiyi qrafiti ilə eynidir.

Avinyon Prokurorluğu plakatlarla bağlı "Prezidenti açıq təhqir etmək" və "iğtişaşlara təhrik etmək" kimi əsaslarla araşdırmalara başlayıb.

Qeyd edək ki, aprel ayında Lekto Avinyondakı bir binanın divarına Makronu Hitler kimi çəkmişdi. Daha sonra qraffiti ağ boya ilə örtülmüşdü.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az