Ukrayna prezidenti Volodimir Zelenski Ərəb Liqası Liderlər Zirvə toplantısında iştirak etmək üçün Səudiyyə Ərəbistanının Ciddə şəhərinə gedib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Zelenski Ərəb Liqası Liderlər Sammitində çıxış edəcəyini və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman əl-Səud da daxil olmaqla siyasətçilərlə ikitərəfli görüşlər keçirəcəyini bildirib.
“İkitərəfli münasibətləri və Ukraynanın ərəb dünyası ilə əlaqələrini inkişaf etdirmək üçün Səudiyyə Ərəbistanı Krallığına ilk səfərimə başlayıram. Krımda və müvəqqəti işğal olunmuş rayonlarda siyasi məhbuslar, xalqımızın qayıdışı, sülh formulu, enerji əməkdaşlığı. Səudiyyə Ərəbistanı Krallığı mühüm rol oynayır və biz əməkdaşlığımızı yeni səviyyəyə qaldırmağa hazırıq” - Zelenski deyib.
Manşet.az