Netflix-də yayımlanan və nöyük maraq doğuran “Squid Game” gerçəyə çevrilir.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ötən ildən müraciətləri başlayan müsabiqənin yayımlanma tarixi müəyyənləşib. Televiziya tarixində Netflix-in ən yüksək mükafat yarışması rekordunu qıracaq "Squid Game: Challenge" 456 iştirakçının iştirakı ilə 2023-cü ilin noyabrında dərc yayımlanacaq.
Müsabiqənin mükafatı 4,56 milyon dollar olacaq.
“Squid Game: Challenge” müsabiqəsi 10 seriyadan ibarət olacaq.
Rəqiblər orijinal seriyadakı oyunları real həyatda oynayacaqlar. Müsabiqədə iştirak edən iştirakçılar üçün axtarılan ən mühüm meyar ingilis dilini bilmələridir.
Bundan başqa, rəqiblərin müraciətlərində heç bir ölkə məhdudiyyəti qoyulmamış və dünyanın hər yerindən insanlar müsabiqəyə dəvət olunmuşdu.
Manşet.az