Ermənistanın Gümrü şəhərində 27 yaşlı iş adamı polis binasına daxil olaraq qumbara ilə özünü partlatmaq istəyib.
Manset.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.
Hakimiyyətin siyasətinə etiraz əlaməti olaraq özünə qəsd etməyən istəyən şəxs saxlanılıb.
Məlumata görə, həmin şəxs hakimiyyətlə problemlərinin olduğunu, hakimiyyətin siyasətinə qarşı olduğunu bildirib. Hadisə ilə əlaqədar cinayət işi başlanıb.