Rusiyanın Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov Ukrayna ordusunun diversiya qrupuna qarşı əməliyyatın davam etdiyini bildirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Qladkov bununla bağlı sosial media hesabında açıqlama verib. Ukrayna Silahlı Qüvvələrinin təxribat-kəşfiyyat qrupunun sərhədə daxil olması səbəbi ilə “terrora qarşı əməliyyat” elan edildiyini xatırladan Qladkov əməliyyatın davam etdiyini bildirib.
Qubernator bildirib ki, Qladkov, Qrayvoron, Novostroyevka, Qorskovskoye, Bezimeno, Mokraya Orlovka, Qlotovo, Qora Podol, Zomostye, Spodaryuşeno sakinləri başqa yerə köçürülüb.
Ukraynanın bölgəyə atdığı artilleriya nəticəsində yaralananların sayının 12-yə yüksəldiyi, dünən xəstəxanaya aparılan yaralı qadının da həyatını itirdiyini bildirilib.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Kiyev administrasiyasının təxribat hücumları ilə heç bir əlaqəsi olmadığı barədə açıqlamasının "yalan" olduğunu deyib və təxribatda ABŞ, Avropa İttifaqı və İngiltərənin də məsuliyyət daşıdığını iddia edib.
Manşet.az