ABŞ-dan Rusiyaya SƏRT REAKSİYA: Qəbuledilməzdir!

14:15 - 25 May 2023

ABŞ-dan Rusiyaya SƏRT REAKSİYA: Qəbuledilməzdir!

“The Wall Street Journal”ın Moskva bürosunun müxbiri, ABŞ vətəndaşı Evan Qerşkoviçin həbs müddətini 3 ay artıran Rusiyaya Ağ Ev sərt reaksiya verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi verdiyi açıqlamada Gerşkoviçin həbs müddətinin üç ay uzadılmasının məsuliyyətsiz və qəbuledilməz olduğunu bildirib.

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) tərəfindən ordunun Rusiyadakı sənaye kompleksi ilə bağlı məlumat topladığı səbəbilə martın 30-da Yekaterinburqda saxlanılan Gerşkoviçin mayın 23-də çıxardığı məhkəmə qərarı ilə müddəti 30 avqusta qədər uzadılıb.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az