Ukrayna Baş Qərargah rəisi Valeri Zalujnının ötən ay Xersona raket hücumu zamanı ağır yaralandığı iddia edilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bunu Rusiya xəbər agentliyi RİA təhlükəsizlik mənbələrinə əsaslanaraq iddia edib. Hücum zamanı başından yaralanan Zalujninin bədəninə çoxlu sayda qəlpə dəydiyi bildirilib.
Bir müddətdir ictimaiyyətin qarşısına çıxmayan 49 yaşlı generalın hücumdan sonra Kiyevdəki hərbi xəstəxanada kəllə sümüyünün əməliyyat olunduğu iddia edilib.
Zalujninin ağır yaralanması xəbərini Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının sədri Aleksey Danilov təkzib edib. Danilov bildirib ki, Zalujni və digər generallar çərşənbə günü Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüblər.
Manşet.az