Ərdoğan yenidən İnceyə zəng etdi

23:14 - 26 May 2023

Ərdoğan yenidən İnceyə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən Məmləkət Partiyasının sədri Muharrem İnceyə zəng edib.

 

Manset.az xəbər verir ki, bu barədə O ATV və "A haber" kanallarına müsahibəsində məlumat verib.

O qeyd edib ki, İnce namizədliyini geri götürəndə də ona zəng edib.

"Xəstələnən anasına da ən xoş arzularımı çatdırdım. Sonradan İncə bəyin yenidən xəstələndiyini eşitdim və zəng etdim. İkinci dəfə də belə oldu, ona görə də ona yenidən zəng etdim. Əlimizdən gələni edəcəyimizi söylədik. İnsani borcumuz olaraq Allahdan şəfa dilədik", - Ərdoğan deyib.

Qeyd edək ki, Muharrem İnce bir müddət əvvəl sosial şəbəkədə foto paylaşıb və xəstəxanaya yerləşdirildiyini bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az