22 yaşlı gənc silahlı insident zamanı 9 güllə yarası aldı

21:58 - 15 Sentyabr 2021

22 yaşlı gənc silahlı insident zamanı 9 güllə yarası aldı

Gürcüstanın paytaxtı Tbilisidə silahlı insident baş verib.

Manşet.az “Rustavi 2” telekanalına istinadən xəbər verir ki, Anjapirdze küçəsində qeydə alınan atışma nəticəsində 22 yaşlı Gürcüstan vətəndaşı Nika Kvaratsxelia 9 güllə yarası alıb.

Xəstəxanaya yerləşdirildiyi bildirilən yaralının vəziyyəti ilə bağlı məlumat verilməyib.

Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı araşdırmaya başlayıb.

Atışmanın iki nəfər arasında olduğu ehtimal edilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az