İsveçdə 12-15 yaş arası uşaqlar koronavirusa qarşı peyvənd olunacaq.
Manşet.az Report-a istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Stefan Leuven deyib.
Peyvəndləmə gələn aydan başlayacaq.
Qeyd edək ki, 10 milyon əhalisi olan İsveçdə 6,9 milyon insan hər iki dozada, 7 milyondan çox insan isə bir dozada COVID-19 əleyhinə peyvənd olunub.