Latviya Belarusu təxribat törətməkdə ittiham etdi - FOTOLAR

15:21 - 08 Avqust 2023

Latviya Belarusu təxribat törətməkdə ittiham etdi - FOTOLAR

Latviya Belarusu sərhəddə təxribat törətməkdə ittiham edib.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, Latviya belarusların qeyri-qanuni miqrantların ölkəyə qanunsuz daxil olmasına köməklik etdiyini diqqətə çatdırıb. 

Bu barədə Latviya Dövlət Sərhəd Xidmətinin məlumatında qeyd edilib.

Məlumata görə, Kaplavski sərhəd dəstəsinin sərhədçiləri dörd nəfərin sərhədi keçmək üçün hasarın üstünə çıxdığını görüblər.

“Belarus hakimiyyəti qeyri-qanuni mühacirlərə hasardan keçməyə kömək edib, bunun üçün məftilləri kəsib, sonra isə Latviyaya qanunsuz daxil olmuş kişilərin Belarusa qayıtmasının qarşısını almaq üçün hasarda açılmış keçidi qapadıb”, - deyə sərhədçilər bildiriblər.

Sərhəd pozucuları saxlanılıb və gəldikləri ölkəyə geri qaytarılıblar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az