Türkiyədə Show TV-də yayımlanan “Kızılcık Şerbeti” serialında Fatih obrazını canlandıran aktyor Doğukan Güngör həyatının şokunu yaşayıb.
Manşet.az xarici mediaya istinadən xəbər verir ki, serialda canlandırdığı obraza görə tənqidlərə məruz qalan aktyoru şillələmək üçün “Fatihi.tokatla.com” adlı internet saytının açılması gündəm olub.
“Fatihi.tokatla.com” adlı internet saytında tamaşaçılar Fatih obrazını şillələyərək stress atırlar.
Aktyor sosial şəbəkədə “bu qədərini gözləmirdim”, deyə paylaşım edib.

Əfsanə
Manşet.az